İspaniyada Ramazan və Qurban bayramlarına qadağa qoyuldu

İspaniyanın cənub-şərqində yerləşən Cumilla şəhərində ictimai obyektlərdə Ramazan və Qurban bayramlarının keçirilməsinə qadağa qoyulub.
Sfera.az xəbər verir ki, mühafizəkar Xalq Partiyası (PP) tərəfindən təklif edilən qətnamə layihəsi ifrat sağçı "Vox" partiyasının bitərəf qalması ilə qəbul edilib. Solçu partiyalar bu qərara qarşı çıxıblar.
Bələdiyyə məclisi tərəfindən bəyənilən təklifdə aşağıdakı ifadələr yer alıb:
“Bələdiyyəyə aid müəssisələr hökumət tərəfindən təşkil edilməyən, kimliyimizə yad olan dini, mədəni və ictimai fəaliyyətlər üçün istifadə edilə bilməz”.
“Vox" sayəsində ictimai yerlərdə İslam bayramlarını qadağan edən ilk qərar İspaniyada qəbul edilib.İspaniyaBu, xristian xalqının torpağıdır və əbədi olaraq belə qalacaq”, deyə məlumatda bildirilir.
İspaniya İslam Təşkilatları Federasiyasının prezidenti Mounir Benjelloun Andaloussi Azhari "El País" qəzetinə açıqlamasında qərarın "islamofobik və ayrı-seçkilik" olduğunu bildirib.
"Onlar başqa dinlərə deyil, birbaşa bizim dinlərə hücum edirlər. Son zamanlar irqçi ritorika və hücumlar bizi narahat edir. 30 ildə ilk dəfədir ki, qorxuram".
Təxminən 27.000 əhalisi olan Cumillada əhalinin 7,5 faizini əsasən müsəlman ölkələrindən gələn mühacirlər təşkil edir.