Putin Uitkofla görüşdü

Dünya
13:27 / 06.08.2025
416
Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkovu qəbul edib.
Sfera.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Uitkoff avqustun 6-da səhər Moskvaya gəlib. Onu hava limanında Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və prezidentin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Qeyd edək ki, bu, Uitkoffun ilin əvvəlindən bəri Rusiyaya beşinci səfəridir. O, sonuncu dəfə aprelin 25-də Moskvada olub və həmin vaxt da prezident Putin tərəfindən qəbul edilib.
Fidan Hacızadə
Sfera.az