Zakir Həsənovun müşavirinə ordu generalı rütbəsi verildi

Dünya
16:42 / 05.08.2025
3812
Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycan müdafiə nazirinin (Zakir Həsənov) müşaviri Bəxtiyar Ərsaya ordu generalı hərbi rütbəsi verilib.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, müvafiq sərəncam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.
Bəxtiyar Ərsay 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.