Kreml Qutsulun həbsini siyasi hesab edir

Dünya
14:42 / 05.08.2025
5705
Moldovanın Qaqauz muxtariyyətinin başçısı Yevgeni Qutsula qarşı məhkəmənin hökmü müxaliflərə təzyiq cəhdləri və siyasi motivli qərar nümunəsidir.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, bu, həqiqətən siyasi motivli bir qərarın nümunəsidir, seçki kampaniyası zamanı siyasi rəqiblərə açıq və qanunsuz təzyiq göstərmək cəhdlərinin bir nümunəsidir”, - Peskov deyib.
Qeyd edək ki, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsula hökm oxunub. Məhkəmə Yevgeniya Qutsulu 2023-cü ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işində təqsirli bilərək onun 7 il müddətinə azadlıqdan məhrum edib.