Logo

Krım bombalandı – Rusiya ordusu ağır itki verdi

Krım bombalandı – Rusiya ordusu ağır itki verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Mərkəzi Kəşfiyyat İdarəsinin A pilotsuz təyyarələri Rusiyanın Qara dənizdəki əməliyyatlar üçün əsas aviabazası olan işğal olunmuş Krımdakı Saki hərbi aerodromuna zərbələr endirib.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, aerodroma endirilən zərbə nəticəsində Rusiyanın bir ədəd Su-30SM təyyarəsi və üç ədəd Su-24 qırıcısı məhv edilib.

“Düşmən xeyli itki verib. Təkcə bir Su-30SM təyyarəsi orta hesabla 35-50 milyon dollara başa gəlir”, - qurum vurğulayıb.

SBU onu da bildirib ki, xüsusi əməliyyat nəticəsində aerodromda aviasiya silahları anbarı da vurulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR