Ermənistan Prezidenti Türkmənistana səfər edəcək

Dünya
14:42 / 04.08.2025
5300
Ermənistan Prezidenti Vaaqn Xaçatryan avqustun 4-dən 7-dək Türkmənistana işgüzar səfər edəcək.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, BMT-nin təşkil etdiyi beynəlxalq konfransda iştirak edəcək.
Konfrans dənizə çıxışı olmayan və tranzit ölkələrin problemlərinə həsr olunub.
"Bu tədbir hər 10 ildən bir keçirilir. Məqsəd əvvəlki planların nəticələrinə baxmaq və gələcək üçün yeni hədəflər müəyyən etməkdir. Ermənistan Prezidenti səfər çərçivəsində bir neçə xarici ölkə rəsmisi ilə görüşlər də keçirəcək", - məlumatda deyilir.
Qeyd edək ki, bu konfrans ilk dəfə 2003-cü ildə Qazaxıstanda, ikinci isə 2014-cü ildə Avstriyada keçirilib.