Qonşu ölkədə 6,8 bal ZƏLZƏLƏ OLDU

Dünya
11:29 / 03.08.2025
5008
Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-Kamçatskidə hiss olunan zəlzələnin intensivliyi ilkin hesablamalara görə 4 bal, maqnitudası 6,8 olub.
Sfera.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin teleqram kanalında məlumat verilib.
Zəlzələ ocağı Petropavlovsk-Kamçatskidən 279 km aralıda, 25,9 km dərinlikdə yerləşib.
Seysmoloqların fikrincə, regionda seysmik aktivlik yüksək olaraq qalsa da, azalır. İyulun 30-da baş verən 8,8 maqnitudalı zəlzələdən sonrakı avterşokların bir neçə ay davam edəcəyi proqnozlaşdırılır. /"Report"