Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edildi

Dünya
20:30 / 02.08.2025
2928
Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində bildirilir.
Bildirilir ki, ölkənin bütün bölgələri qırmızı zonadadır. Bundan əvvəl “Obşçestvennoye” nəşri Xersonda partlayışın baş verdiyi barədə məlumat yayıb.