Kamçatkada təkrar zəlzələ olub

Kamçatkada təkrar zəlzələ olub

Kamçatka yarımadasında 30 iyulda qeydə alınan 8,8 bal gücündəki güclü zəlzələdən sonra bölgədə yeraltı təkanlar davam edir.


Sfera.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına görə, yarımadanın sahil hissəsində Moskva vaxtı ilə 22:32-dən 23:32-yə qədər bir saat ərzində 5 ilə 6,2 bal arasında dəyişən üç afterşok qeydə alınıb. Zəlzələlərin dəqiq təsirləri və nəticələri barədə hələlik əlavə məlumat verilməyib.

 

Xatırladaq ki, 30 iyul tarixində Kamçatkada baş verən 8,8 bal gücündəki zəlzələ son 70 ilin ən güclüsü kimi qiymətləndirilir. Həmin zəlzələdən sonra aktivləşən Klyuçevskoy vulkanı püskürməyə başlayıb. Eyni zamanda, yaranan sunami dalğalarının Yaponiyaya və ABŞ sahillərinə qədər çatdığı bildirilib.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR