İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

Dünya
15:41 / 01.08.2025
2585
İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emami "X" sosial şəbəkəsində etdiyi paylaşımla gündəmə gəlib.
Sfera.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
O, İran bayrağı fonunda nüvə partlayışını əks etdirən bir şəkil paylaşaraq, “Tezliklə...” sözünü yazıb.
Bu qısa, lakin simvolik paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu İranın mümkün nüvə mesajı kimi qiymətləndirib, digərləri isə siyasi və ya simvolik jest kimi şərh ediblər.
Qeyd edək ki, Səhər Emami ötən ay İsrailin İran dövlət televiziyasına raket hücumu zamanı yaralanmışdı.