Kiyevdə matəm elan olundu

Dünya
20:00 / 31.07.2025
4824
Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.
Sfera.az xəbər verir ki, bu barədə öz Teleqram kanalında Kiyev meri Vitali Kliçko bildirib.
Qeyd edək ki, iyulun 31-nə keçən gecə Rusiya Kiyevə iri pilotsuz təyyarə hücumu edib, səhər isə raket zərbələri endirib. Rusiyanın hücumu nəticəsində 11 nəfər (o cümlədən biri uşaq) həlak olub, 135 nəfər yaralanıb.