Laos Prezidenti Putinə bir cüt fil HƏDİYYƏ ETDİ - VİDEO

Dünya
17:42 / 31.07.2025
7531
Laos Prezidenti Thongloun Sisoulith Rusiya ilə diplomatik əlaqələrin qurulmasının 65-ci ildönümü münasibətilə prezidenti Vladimir Putinə bir cüt fil hədiyyə edib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Kremldə baş tutan görüşdə Putin təklif olunan qeyri-adi diplomatik hədiyyəyə gülərək “təsərrüfatda gərək olar” ifadəsini işlədib.
O, bu hədiyyəni səmimi və praktiki jest kimi dəyərləndirib.
Qeyd edək ki, fillər Laosta müqəddəs heyvan sayılır, eyni zamanda ölkənin milli rəmzlərindən biri kimi qəbul olunur. Laosun belə bir nadir hədiyyə təklif etməsi, ölkənin Rusiya ilə münasibətlərə verdiyi yüksək dəyərin göstəricisi kimi qiymətləndirilir.