HƏMAS: Qəzza zolağında 154 fələstinli aclıqdan ölüb

HƏMAS: Qəzza zolağında 154 fələstinli aclıqdan ölüb

Ən azı 154 nəfər, o cümlədən 89 uşaq, son vaxtlar Fələstinin Qəzza zolağında aclıqdan ölüb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə HƏMAS hərəkatı "Telegram" kanalında bildirib.

 

"Bu günə qədər 154 fələstinli, o cümlədən 89 uşaq aclıqdan ölüb, yüzlərlə insan səhiyyə sisteminin, demək olar ki, tam çöküşü fonunda hər gün qida çatışmazlığından əziyyət çəkir", - bəyanatda deyilir.

 

Məlumata əsasən, əraziyə ərzaq, dərman və uşaq qidalarının çatdırılmasının dayandırılması nəticəsində 40 min körpə və 60 min hamilə qadın əziyyət çəkir.

 

"Yardımların əksəriyyəti əvvəllər təxliyə edilmiş təhlükəli ərazilərə havadan atılır ki, bu da həmin təchizatları səmərəsiz edir və mülki şəxslərin həyatını təhlükə altına qoyur. Blokadanın aradan qaldırılması və nəzarət-buraxılış məntəqələrinin dərhal açılması Qəzzadakı fəlakəti sona çatdıra biləcək yeganə həldir", - mətndə vurğulanır.

 

2 mart 2025-ci ildən etibarən Qəzza zolağına beynəlxalq humanitar yardım daxil olmur, İsrailin qərarı ilə bütün nəzarət-buraxılış məntəqələri bağlı qalır, ərzağın paylanması isə İsrail və ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Yardım Fondunun məntəqələri sistemi vasitəsilə həyata keçirilir. 29 iyulda Qəzza Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hərbi əməliyyatı nəticəsində ərazidə ümumilikdə 60 034 nəfər həlak olub, daha 145 870 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...