Putin və Zelenski Türkiyədə görüşə bilər

Putin və Zelenski Türkiyədə görüşə bilər

Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüş ehtimalını istisna etməyib.

 

Sfera.az bu barədə Rusiya mediasına istinadən xəbər verir. 

 

“Türkiyə hər iki tərəf üçün qəbul olunan vasitəçidir. Biz Ankaranın münaqişənin həllinə yönəlmiş səylərinə görə minnətdarıq”, – deyə Peskov bildirib.


O, Rusiya tərəfinin gələcəyə müsbət baxdığını da vurğulayıb.

 

Xatırladaq ki, daha əvvəl Zelenski və Makron İstanbulda Moskva–Kiyev danışıqlarının üçüncü raundunun nəticələrini müzakirə ediblər.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR