Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur.

 

Sfera.az xəbər verir ki, bu barədə “report.az”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

 

Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində bütün sərnişinləri həlak olub.


OXŞAR XƏBƏRLƏR