Daha bir Avropa ölkəsi NATO üzvlüyü istəyir

Dünya
19:14 / 27.07.2025
63
Ölkənin neytrallıqdan imtina etməsi və NATO-ya mümkün qəbulu ilə bağlı ictimai müzakirələrə açığam.
Sfera.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger deyib.
“Bir şey aydındır: təkcə neytrallıq bizi qorumur. Getdikcə qeyri-müəyyənləşən qlobal təhlükəsizlik vəziyyəti və getdikcə aqressivləşən Rusiya fonunda Avstriyanı qoruyan şey bizim öz müdafiə imkanlarımıza, eləcə də tərəfdaşlıqlarımıza sərmayə qoymaqdır. Mən Avstriyanın təhlükəsizlik və müdafiə siyasətinin gələcəyi ilə bağlı ictimai müzakirələrə çox açığam. NATO-ya üzvlük üçün parlamentdə və ya əhali arasında çoxluq olmasa da, bu cür müzakirələr çox səmərəli ola bilər”, - XİN başçısı bildirib.