"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Dünya
11:15 / 27.07.2025
6627
Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqları təsdiqlənib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, onlara 135 min rubl (təxminən 2 900 manat) ödənilib. Həmin məbləğ Şəmsidin Fəriduninin hesabına cinayətkar təşkilatın naməlum üzvü tərəfindən köçürülüb.
Xatırladaq ki, 2024-cü il martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı törədilib. Hadisə zamanı 149 nəfər həlak olub, 609 nəfər isə yaralanıb.