İstanbulda görüşə bilərlər

İstanbulda görüşə bilərlər

“Rusiya və Ukrayna İstanbulda görüşmək niyyətlərini bəyan edirlər. Tramp da bu prosesdə maraqlıdır. Üç liderin İstanbulda görüşəcəyinə inanıram”.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Balkan Sülh Platforması çərçivəsindəki çıxışı zamanı deyib.

 

Nazir bölgədəki regional problemlərin həll yollarını qabardaraq, vurğulayaraq, liderlər formatında görüşün də istanbulda gerçəkləşə biləcəyini açıqlayıb:

 

“Bu yaxınlarda üçüncü raundda yekunlaşdırdığımız İstanbul danışıqlarının əsas gündəm bəndlərindən biri də liderləri bir araya gətirməkdir. Hər üç iclasda məhbus mübadiləsi, hazırkı atəşkəslə bağlı tərəflərin mövqelərinin anlaşılması, liderlərin görüşü müzakirə olunub. Rusiya ilə indiki görüşlərin nə vaxt və necə olacağı ilə bağlı hazırkı vəziyyət müzakirə olunub. Bilirik ki, Tramp da atəşkəslə bağlı razılığa gəlməkdə maraqlı olacaq”.


OXŞAR XƏBƏRLƏR

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.   Bildirilib ki, zə...

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

İstanbulda davam edən “IDEF 2025” sərgisi çərçivəsində Türkiyə ilə İndoneziya arasında 48 ədəd KAAN döyüş təyyarəsinin satışı ilə bağlı müqavilə imz...

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...