Bakıda kişi küçədə qəfil öldü
Kateqoriya məlum deyil
Bakıda kişi küçədə ölüb.
Hadisə Nəsimi rayonu, Cavadxan küçəsində baş verib.
Paytaxt sakini 60 yaşlı İmaməli Qüdrət oğlu Rüstəmov obyektlərdən birinin qarşısında qəfil ölüb. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Araşdırma aparılır. (lent.az)






