Çində yeni virus yayıldı: 4 mindən çox insan yoluxub

Dünya
14:12 / 26.07.2025
6571
Çində yeni virus yayılıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, xəsətlik daha çox Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Foşan şəhərində yayılıb.
Virusun daşıyıcıları “Anopheles” adlı ağcaqanadlardır.“Çikunqunya” adlanan virusa yoluxma hallarının sayı son 2 həftədə 4014- ə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatına görə, xəstələrdə əsasən hərarət, halsızlıq və oynaq ağrıları müşahidə olunur.
Az halda ölümə səbəb olduğu deyilsə də hazırda bölgədə bununla bağlı karantin elan ediləcəyi də müzakirə olunur.