Bülent Ersoyun villasını ALOV BÜRÜDÜ: Sənətçi təcili təxliyə olundu - FOTOLAR


Bülent Ersoyun villasını ALOV BÜRÜDÜ: Sənətçi təcili təxliyə olundu - FOTOLAR

Antalya şəhərinin Aksu, Gazipaşa, Manavgat və Muratpaşa rayonlarında meşə yanğınları baş verib. Alovlar qısa müddətdə yayılaraq yaşayış məntəqələrini də təhlükə altına alıb. Yanğın tanınmış ifaçı Bülent Ersoyun Kundu bölgəsinin Gözəloba məhəlləsindəki villasına sıçrayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

 

Məlumatda bildirilir ki, sənətçi təcili təxliyə olunub.

 

Hadisə yerinə Antalya Böyükşəhər Bələdiyyəsinə bağlı yanğınsöndürənlər cəlb edilib. Evə sıçrayan yanğın genişlənmədən söndürülüb.

 

Sənətçinin məsləhətçiləri Arzu Acay və Elnur Can onun köməyinə yetişib, Bülent Ersoyun səhhətinin yaxşı olduğu qeyd olunub. (Musavat.com)

 


OXŞAR XƏBƏRLƏR