Rusiyada OMON İskəndər Xəlilovun oğlunun ofisinə basqın etdi - FOTO

Dünya
17:25 / 25.07.2025
2373
Rusiya xüsusi təyinatlıları məşhur azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun ofisinə basqın ediblər.
Sfera.az Rusiya mediasına xəbər verir ki, Rusiyanın neft məhsullarının daşınması şirkəti "Railqo”da axtarışlar aparılır.
Xüsusi təyinatlılar və müstəntiqlər Lujnikidəki ofisə basqın ediblər.
Onlar sənədləri müsadirə edib, işçilərin ofisdən çıxmasına imkan verməyiblər.
Qeyd edək ki, "Railgo” azərbaycanlı Rəhman Xəlilova məxsusdur. Şirkət neft məhsullarını Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan nəql edir.