Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında dolayı danışıqların gələn həftə bərpa olunacağı gözlənilir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqların yenidən başlaması ehtimalı artmaqdadır.
Qeyd edək ki, daha əvvəl İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəslə bağlı son təşəbbüsə HƏMAS-ın cavabını aldıqdan sonra danışıqların aparıldığı Doha şəhərindən geri çağırılmışdı. Hazırda tərəflər arasında vasitəçilərin iştirakı ilə prosesin davam etdirilməsi istiqamətində səylər göstərilir.
Fidan Hacızadə
Sfera.az