Antalyada yanğınlar yaşayış məntəqələrinə yaxınlaşır

Dünya
12:58 / 25.07.2025
2920
Antalyanın Aksu, Muratpaşa və Manavqat rayonlarında meşəlik ərazilərdə yanğın baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Bildirilir ki, turistlik ərazilər qara tüstüyə bürünüb. Hadisə yerinə sövq edilən qruplar alovla mübarizəni davam etdirir. Alov yaşayış məntəqələrinə yaxınlaşır, bu səbəbdən polis insanları təxliyə edir.