Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb.

 

Sfera.az bildirir ki, “An-24” təyyarəsinin qəzaya uğradığı yerdə yanğın baş verib Rusiya fövqəladə hallar xidməti sərnişin təyyarəsi ilə bağlı yaranmış fövqəladə vəziyyət barədə məlumat verib.

 

“İtkin düşən “An-24” təyyarəsinin gövdəsi tapılıb, hadisə yerində yanğın başlayıb”- deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. “Anqara” şirkətinin An-24 təyyarəsinin Blaqoveşenskdən Tyndaya uçduğu və eniş etməyə hazırlaşdığı məlum olub.

 

Lakin təyyarə ilk cəhddə yerə enə bilməyib və ikinci dəfə dövrə vurub. Bundan sonra onunla əlaqə kəsilib.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “An-24” təyyarəsinin Amur bölgəsində qəzaya uğramasının əsas versiyası zəif görmə səbəbindən eniş zamanı ekipajın səhvidir.

 

Şahidlərin bildirdiyinə görə, qəzadan əvvəl “An-24” çox alçaqdan uçub. Təyyarənin qalıqları Kuvıqta kəndi yaxınlığındakı dağın yamacında görünüb, xilasedicilər qəza yerini havadan müəyyən ediblər və hazırda ona yerdən yaxınlaşırlar.

 

"Hazırda 25 nəfər, 5 ədəd texnika cəlb olunub, ekipajla 4 təyyarə hazır vəziyyətdədir"- deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Xatırladaq ki, Tynda yaxınlığında “An-24” təyyarəsi ilə əlaqə kəsilib, Mi-8 helikopteri və yerüstü xidmətlər dərhal onun axtarışına çıxıb.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...