Logo

Qusman vəzifəsindən azad edildi

Qusman vəzifəsindən azad edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Sfera.az xəbər verir ki, bu barədə müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Sərəncamda deyilir:

“Mixail Solomonoviç Qusman “Rusiyanın İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS)” Federal Dövlət Unitar Müəssisəsinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısıdır.

O, həmçinin, Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir (2018).

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR