Paşinyan və Mişustin görüşdü: Baş nazirlər nəyi müzakirə etdi?

Dünya
16:30 / 24.07.2025
11
Rusiya və Ermənistanın baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Mişustin və Paşinyan Rusiyanın Altay Respublikasında keçirilən beynəlxalq ətraf mühitin mühafizəsi forumu çərçivəsində təkbətək görüş keçirib.
Söhbət Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlıqdan gedir.
Mişustin-Paşinyan görüşündən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Cənubi Qafqaz gündəliyi ilə bağlı məsələlər də müzakirə olunub.
Firuzə Əliyeva
Sfera.az