Şahzadə Harri boşanır

Şahzadə Harri boşanır

Sasseks hersoqu şahzadə Harri və həyat yoldaşı aktrisa Meqan Markl maliyyə böhranı və boşanma ərəfəsindədirlər.

 

Sfera.az Qaynarinfo-ya istinadla xəbər verir ki, cütlük "Netflix"lə əməkdaşlığın dayandırılması səbəbilə həm maddi çətinlik, həm də münasibət böhranı yaşayır. Onlar hazırda "Netflix"də yayımlanan "With Love” adlı layihələrinə ümid bağlayıb. Lakin məlumata görə, "Netflix" bu layihəni davam etdirmək istəmir və yalnız ikinci mövsümə etikadan irəli gələn "jest” olaraq razılaşıb.

 

"Meqan və Harri bu müqaviləyə arxalanırlar - 29 milyon dollar dəyərindəki villalarını və böyük heyətlərini saxlamaq üçün. Əgər müqavilə yenilənməsə və xərclər azaldılmasa, onlar müflis ola bilərlər", deyə mənbə bildirib.

 

Mənbələrə görə, cütlük efirdə səmimi görünmür, trendlərə uyğun davranmağa çalışır və bu da tamaşaçının onları qəbul etməməsinə səbəb olur. "With Love” şousu cəmi 5,3 milyon baxış toplayıb. Müqayisə üçün, "Netflix"in ən məşhur seriallarından biri olan "Pərəstiş dövrü” 140 milyon baxış həddini keçib. Harrinin polo və bağçılıq haqqında çəkdiyi sənədli film isə yalnız 500 min izləyici toplaya bilib.

 

Platforma nümayəndələrinin dediyinə görə, Meqan və Harrinin layihəsi parlaq, lakin darıxdırıcıdır. "Netflix" rəhbərliyi bu əməkdaşlığı "bədbəxt bir fəsil” kimi görür və onun sona çatmasını gözləyir.

 

Mənbələr qeyd edir ki, bu vəziyyət yalnız maliyyə deyil, həm də şəxsi münasibətləri gərginləşdirib. Boşanma ehtimalı yüksəkdir, cütlük hazırda özəl şəkildə münasibətlərini yenidən dəyərləndirir.


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...