Rusiya İstanbul danışıqlarını bəyənib: "Vacib razılaşmalar oldu"

Rusiya İstanbul danışıqlarını bəyənib: "Vacib razılaşmalar oldu"

Rusiya və Ukrayna arasında Türkiyənin ev sahibliyi ilə keçirilən üçüncü raund sülh danışıqları ilə bağlı Kreml açıqlama yayıb. Kremlin sözçüsü Dmitri Peskov, İstanbulda əldə olunan razılaşmaların vacib və müsbət olduğunu bildirib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Ukrayna tərəfi danışıqlar zamanı liderlər zirvəsinin keçirilməsi təklifini gündəmə gətirib. O, bu istiqamətdə lazımi hazırlıq işlərinin aparılmasının vacibliyini vurğulayıb.


İstanbulun Çırağan Sarayında keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən Peskov qeyd edib ki, tərəflər arasında ən azı 1200 hərbçinin qarşılıqlı əsir mübadiləsi və həlak olmuşların cənazələrinin təhvili ilə bağlı razılıq əldə olunub.


“Müzakirələrdən ciddi irəliləyiş gözləmirdik, bu, real deyildi. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də qeyd edib ki, təqdim olunan memorandum layihələri bir-birinə ziddir. Lakin gündəmə gətirilən məsələlər konkret nəticələrə gətirib çıxara biləcək konstruktiv iş tələb edir. Əsir və cənazələrin mübadiləsi isə humanitar baxımdan çox əhəmiyyətlidir və bu məsələnin diqqət mərkəzində qalması vacibdir”, – deyə Peskov bildirib.


Xatırladaq ki, dünən İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü raund sülh danışıqları keçirilib. Görüş zamanı Rusiya tərəfi Ukrayna ilə onlayn fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib. Tərəflər arasında əsir və cənazələrin qarşılıqlı təhvil verilməsi məsələsində razılıq əldə olunub.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...