Rusiyada azərbaycanlı biznesmen saxlanıldı

Rusiyada azərbaycanlı biznesmen saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları daha bir azərbaycanlını saxlayıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı İctimai Palatanın üzvü Dmitri Çukreev “Telegram” kanalında məlumat yayıb.

 

Bildirilib ki, saxlanılan sahibkar Elvin Şükurov öncədən əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə böyük miqdarda markalanmamış alkoqollu məhsulların satışı məqsədilə istehsalı, saxlanması və daşınması üzrə ittiham olunub.

 

Qeyd olunub ki, Elvin Şükurov Sverdlovsk vilayətinin Pervouralsk şəhərində yerləşən saxta alkoqol istehsalı və qablaşdırılması ilə məşğul olan gizli sexdə işləyirmiş.

 

Rosqvardiya əməkdaşları Sverdlovsk Daxili İşlər Baş İdarəsinin dəstəyi ilə həmin obyektin fəaliyyətini dayandırıblar. E.Şükorov isə istintaq təcridxanasına göndərilib.

 

“Kommersant” qəzetinin məlumatına görə, Yekaterinburqda azərbaycanlılardan ibarət etnik qruplaşmanın üzvləri saxta alkoqolun tədarükündə şübhəli bilinir. 

 

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Yekaterinburqda OMON dəstələri azərbaycanlıların yaşadığı ünvanlara basqın etmişdilər. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülmüş, bir neçə nəfər isə saxlanılmışdı.


OXŞAR XƏBƏRLƏR

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edildi

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, E.Camalov 2007-ci ildə Azərbaycan Dövlət İqtisad...

PA-nın avqust ayında vətəndaş qəbulu CƏDVƏLİ

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin avqust ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera....

Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayıldı - FOTO

Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən aç...

Abşeronda 33 məktəb direktoru işdən çıxarıldı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2025-ci il üçün təsdiq olunmuş iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təh...

Füzulidə güclü yanğın: Helikopter cəlb olundu

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar...

Süni intellektlə qisas: Hindistanda "Deepfake" faciəsi yaşanıb

Hindistanda baş verən “deepfake” qalmaqalı süni intellekt texnologiyalarının sui-istifadəsi və rəqəmsal məxfiliyin pozulması ilə bağlı ciddi narahat...