Bu hücum baş verərsə, İsraili vuracağıq - Pezeşkian

Bu hücum baş verərsə, İsraili vuracağıq - Pezeşkian

İsrail İran ərazisinə yenidən hücum edərsə, onun hədəflərinə zərbələr endiriləcək.

 

Sfera.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.

 

“Biz İsrailin hərbi addımlarına qarşı tam hazırıq və qüvvələrimiz yenidən onun ərazisinə zərbələr endirə bilər. Biz müharibə istəmirik və atəşkəsin daimi olacağını gözləmirik”, – deyə Pezeşkian qeyd edib.

 

Tərəflərin eskalasiya zamanı bir-birinə güclü zərbələr endirdiyini əlavə edən İran prezidenti vurğulayıb ki, İsrail öz itkilərini gizlədir:

 

“İsrail raket zərbələrimizin effektivliyi barədə danışmağa imkan vermir, lakin onun müharibənin dayandırılmasını istəməsi çox şeyi deyir”


OXŞAR XƏBƏRLƏR