Paşinyandan prokurorluğa şikayət edildi

Dünya
01:00 / 23.07.2025
1477
Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.
Sfera.az xəbər verir ki, bu barədə partiyanın rəsmisi Ara Zöhrabyan məlumat verib.
Qeyd olunur ki, Paşinyan hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə həbslərin həyata keçirilməsi, cinayət işlərinin açılması, dini lider Baqrat Qalstanyan, biznesmen Samvel Karapetyanın həbsi ilə bağlı göstərişlər verir.
Bildirilir ki, bununla Paşinyan hakimiyyət bölgüsü prinsipini pozub, ədliyyə sisteminə müdaxilə edib.