Rusiyada “Baza” kanalının beş əməkdaşı saxlanılıb

Rusiyada “Baza” kanalının beş əməkdaşı saxlanılıb

Rusiya hüquq-mühafizə orqanları “Baza” Telegram kanalının beş əməkdaşını, o cümlədən onun baş redaktoru Qleb Trifonovu saxlayıblar.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistin vəkili Aleksey Mixalçik məlumat verib.

 

"Beş əməkdaşımız saxlanılıb, heç kim onların harada olduğu barədə məlumat ala bilmir", - o bildirib.

 

Qeyd edək ki, bu gün polis “Baza”nın ofisinə və Trifonovun mənzilinə axtarış aparmaq üçün gəlib, kompüter və sənədləri müsadirə edib. Baş redaktor vəzifə səlahiyyətlərini aşma maddəsi ilə açılan cinayət işi üzrə dindirilməyə aparılıb.

 

Rusiya İstintaq Komitəsi polis əməkdaşlarının səlahiyyətləri aşma maddəsi ilə cinayət işi açıb.

 

İstintaqın versiyasına əsasən, onların ötürdükləri məhdud girişli məlumatlar sonradan "Telegram"dakı kanallardan birində dərc edilib.

 

Cinayət işi çərçivəsində Moskva, Krasnodar və Krasnoyarsk diyarlarında, eləcə də Belqorod vilayətində axtarışlar aparılıb.


OXŞAR XƏBƏRLƏR