Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Moldova polisi məlumat yayıb.

 

"Bir müddət əvvəl Afinada (Yunanıstan) İnterpolun rəsmi kanalları vasitəsilə bizə iki Moldova vətəndaşının saxlanıldığı barədə məlumat verilmişdi. Vladimir Plaxotnyuk da onlardan biridir", - Moldova Baş Polis Müfəttişliyi "Facebook" səhifəsində bildirib.

 

Həbs olunması üçün beynəlxalq orderi olan Plaxotnyuk 2016-cı ildə rüşvət və şantaj yolu ilə Moldovanın məhkəmə sistemini nəzarətə götürməkdə və ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən Avropayönlü partiyalardan ibarət hökumət qurmaqda ittiham olunur.

 

 

Firuzə Əliyeva
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR