ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki, Tramp İranın nüvə gücünün məhv edilməsini prioritet hesab edir. Administrasiyanın nümayəndəsi düşünür ki, əgər Tramp danışıqların vacib olduğuna inanarsa buna imkan yaradacaq.

 

Sfera.az xəbər verir ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranla nüvə razılaşmasının bağlanması üçün son tarix olaraq 2025-ci ilin avqust ayının sonunu seçib.

 

Əgər bu tarixə qədər razılıq əldə olunmasa, onlar BMT-nin İran üzərinə sanksiyalarını bərpa etmək üçün “snapback” mexanizmindən istifadə edəcəklər.

 

2015-ci ildə İran və bir neçə dünya dövləti (o cümlədən ABŞ) nüvə razılaşması (JCPOA) imzalayıb. Lakin Tramp 2018-ci ildə ABŞ-nin razılaşmadan çıxdığını və İran üzərinə sanksiyaları bərpa etdiyini açıqlayıb. İran da öz öhdəliklərini azaldıb və beynəlxalq müfəttişlərin nüvə obyektlərinə çıxışına məhdudiyyət qoyub.

 

2025-ci ildəki danışıqlar İsrailin İrana qarşı hərbi əməliyyatı və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri səbəbilə uğursuz olub. Danışıqları Avropa İttifaqı ölkələri aparsa da, yeni razılıq əldə edilməyib.


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...