İsraillə müharibə zamanı İranda ölənlərin sayı açıqlanıb

Dünya
11:45 / 22.07.2025
1824
İsraillə 12 günlük müharibə nəticəsində İranda həlak olanların sayı 1062 nəfərə çatıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani məlumat verib.
Onun sözlərinə görə, ölənlərin 102 nəfəri qadın, 38 nəfəri isə uşaqdır.
Ümumilikdə, təxminən 8000 yaşayış obyektinə ziyan dəyib.