Prezidentin pişiyinə şəxsi mühafizə ayrıldı

Dünya
00:43 / 22.07.2025
689
İndoneziya prezidenti Prabovo Subiantonun pişiyi Bobbi şəxsi cangüdənlə təmin edilib.
Sfera.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilir ki, Prabovonun doqquz il əvvəl sahibləndiyi Bobbi artıq rəsmi protokollara əsasən prezident mülkiyyəti sayılır. Bu səbəbdən də pişiyə təhlükəsizlik qaydalarına uyğun olaraq şəxsi mühafizəçilər ayrılıb.
Bu qərar sosial şəbəkələrdə mübahisələr doğurub. İstifadəçilərin bir qismi bunu dövlət resurslarının düzgün istifadə olunmaması kimi dəyərləndirib.
Qeyd edək ki, bir zamanlar küçə pişiyi olan Bobbi indi sosial şəbəkələrdə bir milyondan çox izləyicisi olan ulduza çevrilib və populyarlığı ölkə sərhədlərini aşaraq qlobal miqyasda diqqət çəkib.