Ermənistan Qərbi Zəngəzurda dəmir yolu tikməyə hazırdır

Ermənistan Azərbaycanla razılaşma əldə edildiyi təqdirdə Sünik vilayətində (Qərbi Zəngəzur) 42 km uzunluğunda dəmir yolunun tikintisinə başlamağa hazırdır.
Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
"Azərbaycanla razılaşma olmadan bu dəmir yolu hətta Ermənistanda daxili yük daşımaları üçün də istifadə edilə bilməz. Buna görə də Azərbaycanla razılaşmalar əldə edilən kimi sözügedən dəmir yolunun tikintisinə başlanılacaq. Artıq aparılan hazırlıq işlərinə Nrnadzor kəndi üçün yeni yolun tikintisi daxildir. Hazırda bu kəndlə avtomobil əlaqəsi keçmiş dəmir yolu xətti ilə həyata keçirilir", - o əlavə edib.
Mətbuat katibinin sözlərinə görə, Ermənistan qonşuları ilə bütün nəqliyyat yollarının açılmasında maraqlıdır.