Gürcüstan-Rusiya sərhədində zəlzələ oldu

Dünya
23:14 / 20.07.2025
1907
İyulun 20-də Gürcüstan-Rusiya sərhədindən 26 kilometr aralıda İnquşetiyada 4,2 bal gücündə zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Tiflis vaxtı ilə saat 16:20-də qeydə alınıb.
Yeraltı təkanlar Gürcüstanın sərhədboyu ərazilərində güclü, paytaxt Tbilisidə isə zəif hiss olunub.