Paşinyan bir ay sonra Pezeşkiana başsağlığı verdi

Dünya
20:58 / 20.07.2025
7407
Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələləri müzakirə edib və onu rəsmi səfərlə İrəvana dəvət edib.
Sfera.az xəbər verir ki, bundan əlavə, baş nazir iyunda İsrailin hücumu nəticəsində bir sıra iranlı vətəndaşın həlak olması ilə bağlı İran prezidentinə başsağlığı verib.