Ukrayna müharibəsində yeni mərhələ: Avropa nə istəyir?

Ukrayna müharibəsində yeni mərhələ: Avropa nə istəyir?

Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer birgə mətbuat konfransında bildiriblər ki, Ukrayna yaxın həftələrdə və aylarda Britaniya və Almaniyanın müdafiə sənayesi ilə əməkdaşlıq çərçivəsində istehsal olunan uzaqmənzilli silah sistemləri ilə təmin ediləcək.

 

Sfera.az xəbər verir ki, Fridrix Merts çıxışında qeyd edib ki, Ukraynaya hərbi dəstək məsələsini ətraflı müzakirə ediblər:

 

"Bu, yalnız hava hücumundan müdafiə sistemləri ilə məhdudlaşmır, həm də Ukraynanın uzaqmənzilli silahlarla özünü daha effektiv müdafiə etmə qabiliyyətini artırmaq məqsədi daşıyır. Biz bunu "uzaq mənzilli atəş" adlandırırıq. Ukrayna yaxın zamanda bu sahədə əhəmiyyətli əlavə dəstək alacaq. Bu, Ukrayna ilə qurduğumuz sənaye əməkdaşlığının nəticəsidir”.


Bəs proseslər bundan sonra necə irəliləyəcək?

 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Avropanın Ukraynaya dəstəyini artıracağı gözlənilən idi. Onun sözlərinə görə, Avropa dövlətləri ABŞ-dən fərqli olaraq müharibənin tezliklə başa çatmasında maraqlı deyillər, əksinə, Almaniya, Britaniya və digər Avropa ölkələri münaqişənin uzanmasında strateji maraqlar görürlər:


“ABŞ-nin müharibəni dayandırmaq istiqamətindəki səyləri Avropanı narahat edir. Çünki savaş dayansa, xüsusilə Rusiyaya sərhəd olan Avropa ölkələri üçün yeni təhlükələr meydana çıxa bilər. Bu isə nə Berlinin, nə də Londonun maraqlarına uyğundur”.

 

Siyasi şərhçi əlavə edib ki, Ukraynaya silah tədarükünün artırılması, o cümlədən uzaqmənzilli sistemlərin verilməsi, Kiyevin qalib gəlməsi üçün deyil, danışıqların qarşısını almaq və müharibənin davamını təmin etmək məqsədi daşıyır:


“Avropa Ukraynaya silah dəstəyi ilə bu ölkənin ABŞ-nin təzyiqi ilə güzəştə getməsinin qarşısını almağa çalışır. Eyni zamanda, bu yolla Rusiyanı da danışıqlar masasından uzaq tutmaq niyyəti güdür.

 

Avropanın Ukraynaya dəstəyinin artması, müharibənin yaxın zamanda başa çatmayacağını göstərir. Bu, həm geosiyasi balansların dəyişməsi, həm də Avropanın öz təhlükəsizlik strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər".

 

Firuzə Əliyeva 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yayda elektrik təhlükəsi - Ekspert xəbərdarlıq edir

Havaların isti keçməsi elektrik şəbəkəsində qəza hallarının artmasına səbəb olur. Müşahidələr göstərir ki, kondisionerlərdən müntəzəm istifadə, eləcə də isti ha...

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...