Tramp kolanın reseptini dəyişdirir

ABŞ Prezidenti Donald Tramp kolanın resptini dəyişdirir.
Sfera.az xəbər verir ki, bu barədə o,"Truth" sosial şəbəkəsində yazıb. Tramp bildirib ki, şirkət ABŞ-də satılan qazlı içkilərdə qamış şəkərindən istifadə etməyə razılıq verib:
"Mən şirkət ilə ABŞ-də satılan kolada əsl qamış şəkərindən istifadə barədə danışdım və onlar buna razılıq verdilər. Kolanın bütün rəhbərlərinə təşəkkür etmək istərdim. Bu, onlar tərəfindən əla addım olacaq, görəcəksiniz. Daha da yaxşı olacaq".
Şirkətin saytında isə qeyd olunub ki, kolanın Amerika reseptində yüksək fruktozalı qarğıdalı siropundan istifadə olunur:
“Biz prezident Trampın ikonik brendimizə olan həvəsini yüksək qiymətləndiririk. Məhsul portfelimizdəki yeni innovativ təkliflər haqqında ətraflı məlumat tezliklə elan ediləcək."