Dünyada şöhrət qazanmış falçı saxlanıldı

Türkiyədə və dünyada şöhrət qazanmış falçı saxlanılıb, əmlakına həbs qoyulub.
Sfera.az xəbər verir ki, “Faladdin” və “Binnaz Abla” tətbiqləri vasitəsilə falçılıq, astrologiya, spiritizm kimi müxtəlif sahələrdə xidmətlər göstərən falçı Sertaç Taşdelen saxlanılıb.
İstanbul Baş Prokurorluğu bildirib ki, “Faladdin” və “Binnaz Abla” tətbiqləri barəsində cinayət işi açılıb.
İstanbul Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları sözügedən proqramlarla bağlı internet saytları vasitəsilə əldə edilən qanunsuz gəlirləri aşkarlayıb.
Araşdırmalar zamanı müxtəlif üsullarla 677 saylı qanun pozuntusu müəyyən edilib.
Şirkətin qurucusu və əməkdaşları “cinayət yolu ilə əldə edilmiş əmlakı yumaqda” və “cinayət törətmək məqsədilə təşkilat yaratmaq və onu idarə etməkdə” ittiham edilirlər.
Şübhəlinin ünvanında aparılan axtarışlar zamanı 1 mobil telefon, 1 SİM kart, 1 planşet, 7 kompüter, 1 hard-disk, 1 USB disk və 1 yaddaş kartı aşkar edilib.
Bundan əlavə, dəyəri təxminən 107,5 milyon türk lirəsi olan iki nəqliyyat vasitəsi, iki gəmi və şirkətə məxsus 2 əmlak müsadirə edilib.
Qeyd edək ki, sözügedən baxıcılıq proqramları nəinki Türkiyədə, Azərbaycanda və dünyanın başqa ölkələrində də populyarlıq qazanıb.(Qafqazinfo)