Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır


Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq Rusiya İstintaq Komitəsinə aparılıb.

 

"İddia olunur ki, Mutvalı Şıxlınski polis əməkdaşına xəsarət yetirməyə cəhd edib".

 

Sfera.az xəbər verir ki, bu barədə Şahin Şıxlınskinin qohumu, tanınmış jurnalist Elçin Şıxlınski Modern.az-a bildirib.

 

O deyib ki, Şahin Şıxlınski barəsində cinayət işi açılmasından xəbəri yoxdur.

 

Qeyd edək ki, hazırda Mutvalı Şıxlinski İstintaq Komitəsində dindirilməkdədir. Onun iyulun 1-də Baku Plaza ticarət mərkəzinin qarşısında saxlanılması zamanı baş verən insidentlə bağlı izahatı alınır.

 

Bu gün Mutvalı Şıxlinskinin məhkəməyə çıxarılması gözlənilir.


OXŞAR XƏBƏRLƏR