Türkiyədə 4 kənd təcili boşaldıldı

Dünya
11:15 / 16.07.2025
4051
Türkiyənin Tekirdağ vilayətinin Şarköy rayonunda başlayan meşə yanğını genişlənərək Çanaqqalanın Gelibolu rayonuna keçib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükənin artması səbəbilə Şarköy, Şenköy, Kızılcaterzi və Kocalı kəndlərində ehtiyat tədbirləri görülüb.
Eyni zamanda Çanaqqalanın Ayvacık rayonuna bağlı Tuzla, Naldöken, Çamköy və Taşağıl kəndləri təhlükəsizlik məqsədilə boşaldılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində hava və quru qüvvələrinin iştirakı ilə intensiv işlər davam etdirilir. Milli.az