Paşinyan Fransaya hərbi attaşe təyin etdi

Kateqoriya məlum deyil
T
Ermənistan Fransaya hərbi attaşe təyin edib.
Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə Artur Aznavuryan təyin edilib.
Müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
A.Aznavuryan avqustun 1-dən vəzifəyə başlayacaq və Fransa paytaxtında üç il işləyəcək.
Daha əvvəl o, Ermənistanın İrandakı hərbi attaşesi olub.






