Britaniyada da meşə yanır - VİDEO

Britaniyada da meşə yanır - VİDEO

Ötən gecə Böyük Britaniyanın paytaxtı London şəhərinin şərqində yerləşən üç fərqli ərazidə - Dagenem, Hornçerç və Valtamstou Marşlarında meşə yanğınları baş verib.

 

Sfera.az BBC-yə istinadla xəbər verir ki, yanğınların söndürülməsinə 200-dən çox yanğınsöndürən cəlb olunub. Ən böyük yanğın Dagenemdə 8 hektar ərazidə qeydə alınıb.
 

Burada alov yaşayış evlərinə yaxınlaşıb, sakinlərin bəziləri evlərini müvəqqəti tərk etmək məcburiyyətində qalıblar.

 

London yanğın xidmətinin məlumatına görə, bu cür yanğınların sayı isti və quraq hava şəraiti ilə əlaqədar artmaqda davam edir.
 

Yay mövsümündə riskin artması ilə əlaqədar yanğınsöndürənlər üçün xüsusi təlimlər təşkil olunub.
 

Yanğınların səbəbi araşdırılır.




 


OXŞAR XƏBƏRLƏR

6 ayda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliy...

Magistralın bu hissəsi niyə “ölüm yolu” adlandırılır?

Sakinlər bu ərazini “ölüm yolu” adlandırırlar.   Sfera.az-ın məlumatına görə, söhbət Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyindən ...

Cəlilabadda içməli suyun verilişi bərpa olundu

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məl...

Sosial şəbəkələrdə vətəndaşlara dərman tövsiyə edənləri hansı cəza gözləyir? - VİDEO

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.   Sfera.az-ın məlumatına görə, xüsusilə “Tiktok” s...

Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət tele...

Ana balasının vəfat xəbərini eşidib öldü - Usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.   Sfera.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istə...