Rusiya və İran rəsmiləri görüşəcək

Rusiya və İran rəsmiləri görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi Moskva və Tehran arasında müxtəlif səviyyələrdə yeni təmasların keçirilməsi barədə razılığa gəliblər. 


Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlərin görüşü Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Tyantszində keçirilən nazirlər toplantısı çərçivəsində baş tutub. Görüş zamanı tərəflər regional və beynəlxalq gündəmdəki məsələləri müzakirə edib, o cümlədən İranın nüvə proqramı ilə bağlı böhranın yalnız siyasi və diplomatik yollarla, beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin vacibliyini vurğulayıblar.

 

“Nazirlər müxtəlif səviyyələrdə qarşıdakı təmaslar barədə razılığa gəliblər”,–Rusiya XİN-dən bildirilib.

 

Fidan Hacızadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...

MN-də NATO nümayəndə heyəti ilə görüş keçirildi

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib.   Bu barəd...

114 yaşlı idmançını maşın vurub öldürdü

Dünyanın ən yaşlı marafonçusu Fauc Sinq Hindistanda dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu haqda CNN-in məlumat yayıb.   114 yaş...

Pakistanda fəlakət qurbanlarının sayı 100-ü keçdi

İyunun son həftəsindən Pakistana təsir edən musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb.   Sfera.az xəbə...