Moskvada şiddətli LEYSAN: Bəzi küçələri su basdı

Dünya
22:40 / 14.07.2025
5429
Rusiyanın paytaxtı Moskva şəhəri və Moskva vilayətində dolu və şiddətli küləklə müşayiət olunan güclü leysan qeydə alınıb.
Sfera.az bu barədə Life.ru saytına istinadla xəbər verir.
Məlumata görə, bir neçə saat ərzində o qədər yağıntı düşüb ki, bir sıra küçələri su basıb.
Sürəti saniyədə 20-23 metrə çatan güclü külək nəticəsində ağaclar aşıb. Meteoroloqlar yağışın gecəyə kimi davam edəcəyini proqnozlaşdırırlar.