PKK-nın tərksilah edilməsi bu tarixdə başa çatacaq

PKK-nın tərksilah edilməsi bu tarixdə başa çatacaq

PKK terror təşkilatının tərksilah edilməsi prosesi ən gec sentyabr ayına kimi başa çatacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb.

 

Qeyd olunur ki, tərksilah prosesinə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı nəzarət edəcək.

 

Digər üzvlərin silahları təhvil verməsinin sonrakı mərhələləri mediada yayımlanmayacaq.

 

Məlumatda həmçinin qeyd olunur ki, sıravi üzvlərdən fərqli olaraq, təxminən 250 nəfərlik PKK rəhbərliyinin Türkiyə ilə həmsərhəd olan İraq və Suriyada qalmasına icazə verilməyəcək. Onlar üçüncü ölkələrə gedə biləcəklər, lakin kütləvi şəkildə orada da yerləşmələrinə icazə verilməyəcək.


OXŞAR XƏBƏRLƏR